Azərbaycanın rəqibi İngiltərə millisini minimal hesabla məğlub edib - VİDEO

23-03-2017, 08:38           
Azərbaycanın rəqibi İngiltərə millisini minimal hesabla məğlub edib - VİDEO
Futbol üzrə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki növbəti rəqibi olan Almaniya yığması yoldaşlıq görüşü keçirib.
"Report"un məlumatına görə, Bundestim Dortmund şəhərində yerləşən "Signal İduna Park"da İngiltərəni qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 69-cu dəqiqədə Lukas Podolski vurub. Bu, 31 yaşlı Podolskinin yığmada son qolu və son oyunu (130 oyuna 49 qol) olub.
Bu oyundan sonra Almaniya millisi DÇ-2018-in təsnifat mərhələsində Azərbaycanın qonağı olacaq. Görüş martın 26-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qrup mərhələsində daha bir rəqib - Çexiya da ötən gün yoldaşlıq görüşü keçirib. Bu komanda evdə Litvanı darmadağın edib - 3:0. Qolları 48-ci dəqiqədə penaltidən Tomas Horava, 64-cü dəqiqədə Yakub Yankto, 79-cu dəqiqədə isə Mixael Krmençik vurub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru