Ronaldu cari mövsümün ən yüksək ödənişli futbolçusu olub

28-03-2017, 08:07           
Ronaldu cari mövsümün ən yüksək ödənişli futbolçusu olub
Portuqaliya millisi və İspaniya "Real Madrid"inin futbolçusu Kriştianu Ronaldu cari mövsümün ən yüksək ödənişli futbolçusu olub.
"Report"un "France Football" jurnalına istinadən verdiyi məlumata görə, reytinq siyahısı əmək haqqı, mükafat və reklam gəlirləri əsasında tərtib edilib.
Otuz iki yaşlı oyunçu mövsüm ərzində ümumilikdə 87,5 milyon avro qazanıb. İkinci yerdə "Barselona" və Argentina yığmasının forvardı Lionel Messi (76,5 mln. avro), üçüncü pillədə isə onun braziliyalı həmklubu Neymar (55,5 mln. avro) qərarlaşıb.
Ən yüksək ödənişli məşqçilər siyahısında birinci yeri İngiltərə "Mançester Yunayted"inə başçılıq edən Joze Mourinyo tutur. Ronaldunun həmyerlisi mövsümə 28 mln. avro qazanıb. İkinci yerdə Çin millisinin sükanı arxasındakı Marçello Lippi (23,5 mln. avro), üçüncü pillədə Fransa PSJ-sinin sabiq baş məşqçisi Loran Blan (20 mln. avro) yer alıb.
Kriştianu Ronaldu "Real Madrid"ə 2009-cu ildə "Mançester Yunayted"dən keçib. O, "qırmızı şeytanlar"la üçqat İngiltərə çempionu, ölkə kuboku və Superkubokun sahibi, Liqa Kubokunun 2 qat qalibi olub, Çempionlar Liqasını və klublararası dünya çempionluğunu qazanıb. "Real Madrid"də isə o, İspaniya çempionu, ölkə kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun 2 qat qalibi, İspaniya Super Kubokunun sahibi olub. Ronaldu 2016-cı ildə Avropa çempionu adına da sahib çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru