Yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatında komanda hesabında 3-cü yer tutub

3-04-2017, 09:00           
Yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatında komanda hesabında 3-cü yer tutub
Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.
"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, güləşçilərimiz çempionatı ümumilikdə 5 qızıl, 1 gümüş və 5 bürünc medalla tamamlayıb.
İlk iki yarış günündə sərbəst güləşçilər yarışıb. Yığmamızın üzvləri 2 qızıl və 3 bürünc medala sahib olub. Teymur Məmmədov (63 kq) və Hacımurad Ömərov (70 kq) qızıl medala yiyələnib. Əli Rəhimzadə (61 kq), İsmayıl Abdullayev (74 kq) və Kənan Əliyev (86 kq) isə bürünc medal qazanıb. Komanda hesabında sərbəst güləşçilərimiz Rusiya, Gürcüstan və Türkiyədən sonra 4-cü sırada qərarlaşıb.
Qadın güləşçilərimiz isə çempionatı 1 gümüş və 1 bürünc medalla başa vurub. Leyla Qurbanova (53 kq) gümüş, Alyona Kolesnik (58 kq) isə bürünc medala sahib olub.
Qadın güləşçilərimiz komanda hesabında 7-ci olub.
Son iki yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz çempionatı 3 qızıl və 1 bürünc medalla başa vurub. Qızıl medalları yığmamıza Murad Məmmədov (59 kq), İslambek Dadov (71 kq) və Orxan Nuriyev (98 kq) qazandırıb. Bürünc medala isə 80 kq-da mübarizə aparan Eltun Vəzirzadə sahib olub.
Bu nəticə ilə yığmamız 42 xalla komanda hesabında 3-cü pillədə qərarlaşıb. 47 xal toplayan Gürcüstan komandası birinci, 45 xal toplayan Rusiya idmançıları isə ikinci yeri tutub.
Medal əyarına görə isə yunan-Roma güləşçilərimiz 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıb. 2 qızıl medal qazanan İsveç ikinci olub. Türkiyə, Macarıstan və Polşa komandası hərəyə 1 qızıl medal qazanıb.
Məlumat üçün bildirək ki, nə Rusiya, nə də Gürcüstan yunan-Roma komandası çempionatda qızıl medal qazana bilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.