“Marafon”a silahlı basqın edənlərə sifarişi kim verib? – Dünya çempionundan inanılmaz İDDİA
4-04-2017, 10:45
Xəbər verdiyimiz kimi bir neçə gün öncə “Marafon” idman klubuna silahlı basqın olub. Basqında MMA üzrə Dünya çempionu Əli Nəcəfi və onun tələbələri xəsarət alıb.
teref.az bildirir ki, Əli Nəcəfi hadisənin bütün təfərrüatlarını Yeniçağ.az-a danışıb.
– İnsidentlə bağlı bir çox versiyalar ortaya atıldı. Məsələnin əslini sizdən dinləyək. İnsident idmançı Ziyadxan Sədiyevlə davanızdan sonra baş verdi?
– Mənim Ziyadxanla heç bir davam olmadı. Kimsə kimisə vurmadı. Sadəcə, məşq etdiyimiz zalın administrasiyasına yaxınlaşıb bildirdim ki, onların tələbələri bizim idman vaxtımızdan alıb. Yəni 20 dəqiqədir ki, bizim vaxtımızdan keçib. Administrasiyaya xəbərdarlıq etməyim onun xoşuna gəlmədi. Bundan sonra Ziyadxan mənə narazılığını bildirdi və bir azdan görüşəcəyimizi bildirdi.
– Ziyadxanın əlisilahlı adamlarla zala daxil olmasını gözləyirdiniz?
– Mən bunu gözləməzdim., Düşünürəm ki, bu cür problemin yaranmasına heç bir səbəb yox idi. Çünki heç kimin qeyrətinə, namusuna toxunacaq söz deyilməmişdi. Problemləri mənimlə idisə, mənimlə də danışmalıydılar. Ancaq təəssüf ki, mənim acığımı tələbələrimdən çıxdılar.
– Ziyadxan özü də idmançıdır. MMA-da döyüşür. Bir idmançı niyə belə hadisə törətsin ki?
– Məsələ də bundadır. Bu cür hərəkətlər idmançıya yaraşmır və idmançı adını ləkələyir. Mən mübahisələrin düzgün həll yolunu yaxşı bilirəm. Həmişə digər ölkələrdə Azərbaycan Respublikasının bayrağını fəxrlə ucaltmışam. Mənə yaraşmaz ki, əlimə dəmir əşya alıb, küçədə və xüsusilə də məşq keçdiyim zaman idman zalında kişiyə uyğun olmayan hərəkətlər edim. Həmin şəxslərin etdiyi şərəfsizlikdir.
– Sizin və digər xəsarət alanların hazırda durumu necədir?
– Mən öz durumum barədə danışmaq istəməzdim. Şükürlər olsun ki, vəziyyətdən çıxa bilmişik və hamı sağ-salamatdır.
– Zala neçə nəfər hücum çəkmişdi?
– Bunlar hamısı oyundur. Ola bilməz ki, 20 dəqiqəyə 17 nəfər gəlsin. 17 nəfərə zəng etmək elə 40-50 dəqiqə vaxt aparır. 15-20 dəqiqəyə bu qədər asan şəkildə toplaşmaları mümkün deyil. Yəni ola bilsin ki, bu, bir dəstədir, onların da xüsusi başçıları var. Mənə onların başçılarının tapılması maraqlıdır. Ziyadxangilin etdiyi hərəkətin adı uşaqlıq deyil, özbaşınalıqdır. Kamerada saydıq – 17 nəfər idilər. Hələ gözdən yayınanlar da ola bilər.
– Yəni tək Ziyadxanla bitmir?
– Xeyr, Ziyadxan bu oyunun oduna getdi. Yəni o yandı, dəstənin başçısı qaldı. Kimlərin ki, imkanları var, tanışları var həbsdən yayına bilib. Hər şey göründüyü kimi deyil. Əslidə bu işin arxasında duran adam var. Uşaq deyiləm ki, anlayıram. Paxıllıqdan irəli gələn bir işdir. Sadəcə, Ziyadxan da olmaqla 5 nəfər həbsdədir. Hadisənin arxasında duran adamı tapıb göstərmək, elə insanları cəmiyyətdən silmək lazımdır.
Onların müəllimləri Şəhriyar və Bəxtiyar Abbasovlar deyirlər ki, gəlin barışaq. Mən də cavab verirəm ki, qız deyiləm, küsəm. Sənlik bir şey yoxdur, kənara çəkil. Onlar həm mənim qarşımda cavab verməlidirlər, həm Allahın, həm də qanunların… Bunu valideylər də gözləyir, mən də… İndi yenə “Semaşko”ya gedirəm. Bir tələbəmin hadisədən sonra üzü əməliyyat olunub, onun tikişlərini sökməlidirlər. Yəni həmin hadisənin fəsadlarını hələ də yaşayırıq.
– Məsələdə Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovun da adı hallanır.
– Mən də bu barədə eşitdim. Amma yox o adamla mənim heç bir əlaqəm yoxdur. Bir az aşağı düşmək lazımdır. Onların müəllimləri, Ziyadxan kimə zəng edib o…