Premyer Liqa: "Kəpəz" "Neftçi"ni məğlub edərək bir pillə irəliləyib

9-04-2017, 20:30           
Premyer Liqa: "Kəpəz" "Neftçi"ni məğlub edərək bir pillə irəliləyib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
"Report"un məlumatına görə, açılış oyununda "Kəpəz" və "Neftçi" komandaları üz-üzə gəlib.
Gəncə şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Hər iki qolu 1-cü və 41-ci dəqiqələrdə təyin olunmuş penaltilərdən sonra Tural Axundov vurub.
Bununla da xallarını 27-yə çatdıran "Kəpəz" "Neftçi"ni 1 xal və 1 pillə keçərək, 6-cı mövqeyə yüksəlib. Gəncə təmsilçisi Avropa Liqasına vəsiqə verən 4-cü yerdən 4, flaqmanı isə 5 xal ayırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru