Polis: "Dortmunddakı partlayışlar “Borussiya” futbol komandasına yönəlmiş hücumdur"

12-04-2017, 08:45           

Dortmunddakı partlayışlar “Borussiya” futbol komandasına qarşı yönəlmiş hücumdur.

APA-nın xəbərinə görə, bu barədə “Röyters” Almaniya polisinə istinadən məlumat yayıb.

Dortmund polisi qeyd edib ki, avtobusun yaxınlığında üç partlayış baş verib. Polisin ilkin məlumatına əsasən, “hücumda ciddi partlayıcı vasitələrdən istifadə edilib”. Partlayıcı qurğunun avtomobil duracağının hasarına bərkidildiyi bildirilir.

Hadisə zamanı dortmundluların müdafiəçisi Mark Bartra xəsarət alıb.

Qeyd edək ki, insident səbəbindən Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” – “Monako” oyunu təxirə salınıb.

***** 22.45

Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” – “Monako” oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, buna səbəb alman klubunun avtobusunun dayandığı yerin yaxınlığında bomba partamasıdır.

Yerli hüquq-mühafizə orqanları insidenti təsdiqləyiblər. Bildirilib ki, hadisə zamanı bir nəfər xəsarət alıb. BBC yaralanan şəxsin dortmundluların müdafiəçisi Mark Bartra olduğunu bildirib.

İspan futbolçu artıq xəstəxanaya aparılıb.

Artıq klubdan bununla bağlı rəsmi açıqlama da verilib: “Oyunçularımız hamısı təhlükəsiz ərazidədi. Xahiş edirik sakitliyinizi qoruyasınız. Hazırda stadionda təhlükəsizlik xidmətinin əməkdaşları var. Daha sonra əlavə məlumatlar veriləcək”.

Matç isə təxirə salınıb və sabah saat 20:45-da oynanılacaq.
[media=https://www.youtube.com/watch?v=8f2dDPg4lSw]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.