Həbs edilmiş keçmiş nazir Nəsirov cüdo federasiyasına rəhbərlik edəcək

18-04-2017, 08:53           
Həbs edilmiş keçmiş nazir Nəsirov cüdo federasiyasına rəhbərlik edəcək
Cinayət işinin başlanması ilə əlaqədar olaraq, vəzifəsindən uzaqlaşdırılan Ukrayna Dövlət fiskal xidmətinin rəhbəri Roman Nəsirov Ukrayna Cüdo Federasiyasının başçısı seçilib.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, bu gün Kiyevdə UCF-nin hesabat-seçki konfransında ölkənin 23 regionunun nümayəndəsi iştirak edib və baxılan məsələlərdən biri də qurumun yeni prezidentinin seçilməsi olub.

“Nəsirovun namizədliyini 22 nümayəndə dəstəkləyib”, - məlumatda bildirilir.

Xatırladaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosu Nəsirovu vəzifə səlahiyyətlərindən və xidməti mövqeyindən sui-istifadə etməkdə və dövlətə 2 milyard qrivna zərər yetirməkdə şübhəli bilir. Azərbaycan əsilli keçmiş nazir iri məbləğdə girov qoymaqla azadlığa çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru