Mirça Luçesku "Qalatasaray"ın idman direktoru ola bilər

18-04-2017, 09:03           
Mirça Luçesku "Qalatasaray"ın idman direktoru ola bilər
"Qalatasaray" idman direktoru vəzifəsinə Peterburqun “Zenit” klubunun baş məşqçisi Mirça Luçeskunun namizədliyini nəzərdən keçirir.

“Fotospor”-un verdiyi xəbərə görə, türk klubu o cümlədən rumıniyalı mütəxəssisin seleksiya işləri ilə məşğul olmasını arzulayır. Məlumata əsasən, “Qalatasaray” 72-yaşlı M.Luçeskunun vaxtilə “Şaxtyor”da apardığı seleksiya işini yüksək qiymətləndirir.

“Zenit”lə yollarını ayıracağı təqdirdə “Qalatasaray” M.Luçeskuya idman direktoru, 48-yaşlı oğlu Rezvana isə baş məşqçi postu təklif etməyə hazırdır. Qeyd edək ki, Rezvan Luçesku hazırda Yunanıstanın “Ksanti” klubunun baş məşqçisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru