“Formula-1″-də daha bir qalmaqal - milyarder həbs olundu

19-04-2017, 19:39           
“Formula-1″-də daha bir qalmaqal - milyarder həbs olundu
Beynəlxalq “Formula-1″ avtoçempionatında çıxış edən “Force İndia” komandasının sahibi, milyarder iş adamı Vicay Mallya Londonda həbs olunub. The Guardian bildirir ki, Hindistandan olan 61 yaşlı milyarder fırıldaqda, saxtakarlıqda və çirkli pulları yumaqda suçlanır.
Dünən o, London Məhkəməsinə cəlb olunub. Məhkəmənin qərarına görə, V.Mallya vətəni Hindistana ekstradisiya ediləcək. O, fevralın 8-dən bəri Hindistanda axtarışdadır.
Yerli banklar ondan 1,45 milyard dollara çatan borcları almağa çalışırlar.

Hindistanın ən zəngin iş adamlarından olan V.Mallya 2007-ci ildə holland tərəfdaşları ilə birlikdə “Formula-1″dəki “Spyker” komandasını 88 milyon dollara satın alıb. 2008-ci ildə bu komandanın adı dəyişdirilərək “Force İndia” olmuşdu.
Ötən mövsümdə komanda “Formula-1″in Konstruktorlar Kubokunda 4-cü yeri tutmuşdu.

Bu mövsümdə isə “Force İndia” çempionatda 4-cü mövqedədir.
Vicay Mallya atasına məxsus “United Breweries Limited” korporasiyasına 28 yaşı olanda rəhbərlik etməyə başlayıb.
Hindus milyarder bu şirkətin əsas aktivlərindən olan “United Spirits”i spirtli içkilər istehsalı bazarının nəhəngi sayılan “Diageo”ya satıb.
Daha sonra o, “Kingfisher Airlines” aviaşirkətini yaratmışdı. Aviaşirkət sürətlə böyüsə də, 2008-ci ildəki qlobal maliyyə böhranından zərər çəkmişdi.

Zərərlərin fəsadlarını aradan qaldırmaq üçün Mallya milyardlarla dollarlıq kreditlər götürmüşdü.
2012-ci ildə oktyabrında aviaşirkətin əməkdaşları aylarla maaş almadıqları üçün tətilə çıxdılar, aviaşirkət uçuşları dayandırdı. 2013-cü ilin fevralında isə “Kingfisher Airlines”in fəaliyyət lisenziyası ləğv olundu.(milli.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru