Məşhur futbolçumuz polislə dava edib qaçdı — İÇKİLİ OLUB

2-05-2017, 21:15           
Məşhur futbolçumuz polislə dava edib qaçdı — İÇKİLİ OLUB
“Qarabağ” komandasının futbolçusu Elvin Yunuszadə polislə qalmaqal yaşayıb.

"Ölkə.Az"-ın məlumatına görə, gecə saatlarında Bakıdakı barlardan birindən sərxoş vəziyyətdə çıxan məşhur futbolçu özünə məxsus "Gelandewagen" markalı maşına minib.

Yol polisinin əməkdaşları Neftçilər prospektində onun idarə etdiyi maşını saxlamaq istəsələr də, futbolçu “saxla” əmrinə tabe olmayıb.

Lakin YPX əməkdaşları avtomobili saxlamağa nail olub. Bu zaman E.Yunuszadə onu saxlayan polis zabiti ilə əlbəyaxa davaya çıxıb.
Nəhayət, futbolçu sərxoşluq müayinəsindən keçmək üçün Alkoqol Sərxoşluğunu Təyin Etmə Məntəqəsinə aparılıb. Lakin müayinədən keçməyən E.Yunuszadə oradan qaçıb.

Qeyd edək ki, Elvin Yunuszadə “Qarabağ”da çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru