Totti “Roma”nın heyətində son oyununu keçirib

29-05-2017, 08:19           
Totti “Roma”nın heyətində son oyununu keçirib
İtaliya A seriyasının sonuncu turunda “Cenoa” ilə qarşılaşan “Roma” 3:2 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, bu görüş “canavarlar”ın 40 yaşlı oyunçusu Françesko Totti üçün “Roma” forması ilə sonuncu olub.

Görüşün 54-cü dəqiqəsində Muxammed Salahı əvəzləyən “veteran” matçdan sonra azarkeşlərlə görüşərkən göz yaşlarına hakim ola bilməyib.

“Roma” ilə 25 il ərzində 786 oyunda meydana çıxan Totti 307 qola imza atıb.

Qeyd edək ki, canlı əfsanənin paytaxt təmsilçisini tərk edəcəyi əvvəlcədən açıqlanmış olsa da, onun karyerasını bitirəcəyi, yoxsa başqa klubda davam edəcəyi haqqında məlumat verilməyib.
[media=https://www.youtube.com/watch?v=aFd-qaLGoj0]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru