Tanınmış futbolçu karyerasını bitirib

24-06-2017, 09:00           
Tanınmış futbolçu karyerasını bitirib
“Real Madrid, “Liverpul” klubunun və İspaniya yığmasının sabiq futbolçusu Alvaro Arbeloa karyerasını bitirib.

APA-nın məlumatına görə, bunu 34 yaşlı müdafiəçi “Marca” nəşrinə müsahibəsində açıqlayıb.

Müxtəlif illərdə həmçinin “Deportivo” və “Vest Hem” klublarının formasını geyən A. Arbeloa İspaniya yığmasının heyətində bir dəfə Dünya (2010), iki dəfə Avropa çempionu (2008, 2012) adını qazanıb.

Madrid “Real”ının yetirməsi olan müdafiəçi klubu ilə birgə iki dəfə Çempionlar Liqası və İspaniya Kuboku, bir dəfə isə İspaniya çempionatının qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru