Formula-1: Birinci sırada kim başlayacaq? - SİYAHI

24-06-2017, 20:33           

Bakıda təşkil edilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama yarışı keçirilib. Apasport.az saytının məlumatına görə, bir saat davam edən yürüşdə 10 komandanın 20 deyil, 19 pilotu mübarizə aparıb.

Buna səbəb "Renault"un üzvü Colion Palmerin üçüncü sərbəst yarışda yanacaq sızmasına görə bolidinin mühərrikinin alışmasıdı. Avtomobilin mühərriki tam yararsız hala düşdüyündən onun dəyişdirilməsinə ehtiyac yaranıb. Lakin bu, sıralama turuna kimi mümkün olmadığından Palmer yürüşü azarkeş kimi izləyib.

Digər 19 pilot isə öz bolidləri ilə 6 kilometrlik Bakı trekində sabahkı sıralamanı müəyyənləşdirməyə çalışıblar. Ən yaxşı göstəriciyə “Mercedes”in pilotu Luis Hamilton imza atıb. 32 yaşlı idmançı sabah yarışa ilk pillədə başlayacaq.

Onun komanda yoldaşı Valterri Bottas start xəttində ikinci yerdə dayanacaq. "Red Bull" komandasından Daniel Rikkardo isə ən yaxşı 3-cü göstəriciyə imza atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru