İdmançılarımızdan möhtəşəm qələbə – Dünya kuboku Azərbaycana gəlir

4-07-2017, 10:00           

01-02 iyul 2017-ci il tarixlərində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Qol Güləşi üzrə Dünya Kuboku-ZG STRONG 2017 yarışı keçirilib.
Azərbaycan Qol Güləşi Federasiyası bu yarışda iki idmançı ilə təmsil olunub. Belə ki, 110 kq-dan yuxarı çəki dərəcəsində yarışlara tanınmış idmançılarımız Mirtaleh Aslanov və Rüstəm Qurbanov qatılıblar. Komandamızın cəmi iki idmançıdan ibarət olmasına baxmayaraq, bu idmançılar ölkəmizi layiqincə təmsil edə biliblər. Rüstəm Qurbanov öz çəki dərəcəsində (+110 kq), sol əldə bürünc bürünc medal qazanıb.

Mirtaleh Aslanov isə, həm öz çəki dərəcəsində (+110 kq), həm də mütləq çəki dərəcəsində, sağ əldə bütün rəqiblərinə qalib gələrək, iki qızıl medala və Dünya Kubokuna sahib olub!

Diqqətəlayiq haldır ki, Xorvatiya mətbuatı da Azərbaycan idmançılarının Dünya Kuboku-ZG STRONG 2017 yarışında iştiraklarını ətraflı şəkildə işıqlandırıb.

Bu möhtəşəm qələbə münasibətilə idmançılarımızı və Azərbaycan Qol Güləşi Federasiyasını təbrik edirik.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru