Çempionlar Liqası: 5 komanda 2-ci mərhələdə

5-07-2017, 08:53           

Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub.
Publika.az xəbər verir ki, cavab oyunları çərçivəsində 5 qarşılaşma baş tutub.
Bu raundda qitənin ən zəif 10 çempionu mübarizə aparıb. Əsasən cırtdan ölkə təmsilçilərinin meydana çıxdığı mərhələdə “balacalar” möcüzə reallaşdırmağa çalışıblar. Çünki nadir hallarda qələbə qazanan belə komandalar üçün mərhələ adlamaq da möcüzəyə bərabərdi.
Nəticələrə görə, “Vikinqur” (Farer adaları), “Hibernians” (Malta), TNS (Uels), “Alaskert” (Ermənistan), “Linfild” (Şimali İrlandiya) II təsnifat mərhələsində çıxış etmək haqqı qazanıb.
Çempionlar Liqası. I təsnifat mərhələsi, cavab oyunları
4 iyul
“Trepça” (Kosovo) - “Vikinqur” (Farer adaları) - 1:4
Qollar: Hasani, 65 - Angel, 37, İslami, 40 (öz qapısına), Vatnhamar, 52, 59
İlk oyun - 1:2
"İnfonet Tallin" (Estoniya) - “Hibernians” (Malta) - 0:1
Qol: Jorjinyo, 88
İlk oyun - 0:2
“Europa” (Cəbəllütariq) - TNS (Uels) - 1:3 (əlavə vaxtda)
Qollar: Valker, 53 - Moya, 37, Giqle, 41, 104
İlk oyun - 2:1
“Santa-Koloma” (Andorra) - “Alaskert” (Ermənistan) - 1:1
Qollar: Lima, 63 - Nenadoviç, 28
İlk oyun - 0:1
“La Fiorita” (San-Marino) – “Linfild” (Şimali İrlandiya) - 0:0
İlk oyun – 0:1












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.