Avropa Liqası: Bu gün "İnter" və “Zirə”” cavab oyunlarına çıxacaqlar

6-07-2017, 09:56           
Avropa Liqası: Bu gün "İnter" və “Zirə”” cavab oyunlarına çıxacaqlarBu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycanın bu mərhələdəki hər iki təmsilçisi cavab oyununa çıxacaq.

Bakı klubları “İnter”lə “Zirə” fərqli məkanlarda, amma eyni saatda raundu keçməyə çalışacaq. Hər iki komanda matça ilk oyunda əldə etdiyi üstünlüklə başlayacaq.

Tarixində ilk dəfə avrokuboklarda mübarizə aparan “Zirə” debüt ilində mərhələ keçməyə çox yaxındı. Evdə 2:0 hesablı qələbəyə sevinən Ayxan Abbasovun yetirmələri Lüksemburqda üstünlüyünü qorumalıdı. Ötən həftə Bakıda keçirilən qarşılaşma “Zirə”nin rəqibindən üstün olduğunu göstərdi ki, komandamız bunu səfərdə də nümayiş etdirməlidir.

Avrokubok təcrübəsi daha çox olan “İnter”in işi də daha asandı. Serbiyada “Mladost”un avrokubok debütünü korlayan “İnter” rəqib meydanındakı 3:0 hesablı qələbənin təsadüf olmadığını sübut etməlidir. Düzdü, bakılıların tur adlamasına yalnız möcüzə mane ola bilər. Ancaq azarkeşlər təmsilçimizdən yenə qələbə gözləyir ki, bu da UEFA reytinqində ölkəmizin xeyrinə olacaq.


Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunları
6 iyul

21:00. “Differdanj” (Lüksemburq) – “Zirə” (Azərbaycan)
İlk oyun – 0:2

21:00. “İnter” (Azərbaycan) – “Mladost” (Serbiya)
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 3:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru