Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunlar başa çatıb

27-07-2017, 08:39           
Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunlar başa çatıb
Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunlar başa çatıb.

Apasport.az saytının məlumatına görə, iki gün ərzində 15 qarşılaşma baş tutub.

İkinci oyun günündə baş tutan matçlarda “Astana” “Legiya”nı məğlub edib. “Zalsburq”un “Riyeka” ilə bərabərliyə razılaşıbsa, “Vitorul” debütdə APOEL-i məyus edə bilib.

Türkiyə təmsilçisi “Başakşəhər” də meydana çıxıb. Qonşularımız səfərdə “Brügge” ilə qollu heç-heçə edib.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
26 iyul

“Astana” (Qazaxıstan) – “Legiya” (Polşa) - 3:1
Qollar: Kabananqa, 36, Maeski, 45, Tvumasi, 90 - Sadiku, 79

“Dinamo” (Kiyev, Ukrayna) – “Yanq Boyz” (İsveçrə) - 3:1
Qollar: Yarmolenko, 15, Mbokani, 34, Qarmaş, 90+3 - Fassnaxt, 90+1

“Zalsburq” (Avstriya) – “Riyeka” (Xorvatiya) - 1:1
Qollar: Hvanq Hi Çan, 49 - Qavranoviç, 30

“Hapoel” (Beer Şeva, İsrail) – “Ludoqorets” (Bolqarıstan) - 2:0
Qollar: Nvakaeme, 20, Ohana, 79

“Vitorul” (Rumıniya) – APOEL (Kipr) - 1:0
Qol: Qanea, 75

“Maribor” (Sloveniya) – “Hafnarfyordur” (İslandiya) - 1:0
Qol: Tavares, 54

“Seltik” (Şotlandiya) – “Rusenborq” (Norveç) - 0:0

“Nitsa” (Fransa) – “Ayaks” (Hollandiya) - 1:1
Qollar: Balotelli, 32 - van de Bik, 49

“Brügge” (Belçika) – “Başakşəhər” (Türkiyə) - 3:3
Qollar: Bonaventura, 6, Densvill, 16, 79 - Mossoro, 59, 74, Elia, 64












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru