"Kopenhagen" klubu "Qarabağ" azarkeşlərinə müraciət edib

5-08-2017, 08:51           
"Kopenhagen" klubu "Qarabağ" azarkeşlərinə müraciət edib
Danimarkanın "Kopenhagen" klubu futbol üzrə Çempionlar Liqasının "play-off" mərhələsində keçirəcəyi oyunlarla əlaqədar "Qarabağ" azarkeşlərinə müraciət edib.
"Report"un məlumatına görə, bununla bağlı klubun saytında rəsmi açıqlama yerləşdirilib.
Ağdam komandası fanatlarına avqustun 23-də Bakı vaxtı ilə saat 22:45-də cavab görüşünün təşkil olunacağı "Parken" stadionunda daxili nizam-intizam, bölgü və təhlükəsizlik qaydaları çatdırılıb. O da vurğulanıb ki, qonaq komanda tərəfdarları biletləri yalnız "Qarabağ" klubu vasitəsilə əldə edə bilərlər.
"Parken" stadionu 38 min tamaşaçı tutumuna malikdir. Bu isə o deməkdir ki, "Qarabağ" azarkeşləri üçün 1900 nəfərlik sektor ayrılacaq.
Qeyd edək ki, iki komanda arasındakı ilk oyun avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru