Qələbəyə bərabər məğlubiyyət - "QARABAĞ" QRUP MƏRHƏLƏSİNƏ DÜŞMƏYİ BACARDI! VİDEO
24-08-2017, 01:43
Tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" bu gün cavab oyununa çıxıb. Azərbaycan çempionu səfərdə "Kopenhagen"lə qarşılaşır.
Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu hesab cavab oyunu öncəsi "Qarabağ"ın Azərbaycan futbol tarixinə Çempionlar Liqasının qrup mərhələsindəki ilk komanda kimi düşmək şansını artırır. Belə ki, səfərdə istənilən hesablı heç-heçə, hətta minimal fərqli, amma qollu məğlubiyyət də təmsilçimizin lehinə olacaq.
Ağdam klubu Danimarkaya yüksək əhval-ruhiyyə ilə yollanıb. "Qarabağ" 19 il öncə 0:6 hesabı ilə uduzduğu Kopenhagendə tarix yazmağa köklənib.
Bu qarşılaşma Azərbaycan klublarının avrokuboklar tarixində 300-cü, Çempionlar Liqasında isə 60-cı sınağı olacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunu
23 avqust
“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) - 2:1
"Kophenagen"in oyunçusu Santander matçın 45-ci dəqiqəsində hesabı açdı: 1-0.
**
İkinci hissədə - 63-cü dəqiqədə "Qarabağ"ın oyunçusu Dino Ndlovu hesabı bərabərləşdirdi.
**
"Qarabağ" hesabı bərabərlişdirsə də, az sonra - 66-cı dəqiqədə Pavloviçin baş zərbəsi ilə qapısında ikinci qol gördü- 2:1
**
Oyun başa çatdı, "Qarabağ" Qrup Mərhələsinə düşməyi bacardı!
***
Baş hakim: Alberto Undiano Mallenko
Baş hakimin köməkçiləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines
Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines
Dördüncü hakim: Dieqo Barbero Sevilya (hamısı İspaniya)
Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya)
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)
Kopenhagen. “Tella Parken” stadionu
İlk oyun – 0:1
“Kopenhagen”: 25. Robin Olsen, 3. Pyer Benqtsson, 6. Uilyam Kvist (k), 7. Benyamin Verbiç, 9. Federiko Santander, 11. Andriya Pavloviç, 16. Yan Qrequs, 17. Kasper Kusk, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner
Ehtiyat oyunçular: 1. Stefan Andersen, 8. Uroş Matiç, 14. Nikolay Tomsen, 15. Mikael Antonsson, 24. Yussef Tutu, 28. Pieros Sotiriu, 32. Danni Amankva
Baş məşqçi: Stole Solbakken
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
[media=https://www.youtube.com/watch?v=sAxNORWMh50#action=share]