Balaca iti əvvəlcə yandırdı, sonra isə... - DƏHŞƏTLİ FOTOLAR

28-08-2017, 09:34           

Çinin Sendu əyalətində dəhşətli hadisə baş verib. Taffi adlı it öz sahibi tərəfindən əvvəlcə yandırılıb, daha sonra isə binanın 4-cü mərtəbəsindən yerə atılıb.
Publika.az xəbər verir ki, ağır dərəcəli yanıq xəsarətləri alan itin bütün sümükləri sınıb. Heyvansevər bir xanım tərəfindən təcili xəstəxanaya aparılan itin həyatını xilas etmək mümkün olub.
Yan Yinqinq itin bütün müalicə xərclərini öz üzərinə götürüb. Balaca Taffinin reablitasiya müddətində onu yalnız buraxmayan qadının hərəkəti heyvansevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Taffini bu vəziyyətə salan sahibəsi haqqında isə polisə şikayət edilib. Heyvansevərlər qadının etdiklərinin hesabını verməsi üçün lazımı tədbirlərin görülməsini tələb ediblər.




Balaca iti əvvəlcə yandırdı, sonra isə... - DƏHŞƏTLİ FOTOLAR













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru