Jurnalistin ölümü ilə bağlı daha bir futbolçu həbs edildi

15-08-2015, 22:02           
Jurnalistin ölümü ilə bağlı daha bir futbolçu həbs edildi
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsiylə bağlı daha bir futbolçu həbs olunub.

Dia.az komanda.az-a istinadən xəbər verir ki, bu, futbolçu Akif Tağıyevdi. Tağıyev jurnalist Rasim Əliyevlə bağlı hadisədən xəbərdar olub, bunu xəbər verməməkdə, gizlətməkdə ittiham olunur.

Saytın əldə etdiyi məlumata görə, Tağıyev hazırda 8-ci polis bölməsində saxlanılır.

1993-cü il təvəllüdlü Akif Tağıyev “Araz Naxçıvan”, “Xəzər Lənkəran” kimi klublarda çıxış edib. Onun formasını geyindiyi sonuncu klub “Turan Tovuz” olub.

Xatırladaq ki, avqustun 8-də "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları və dostları tərəfindən döyülən jurnalist Rasim Əliyev avqustun 9-da ölüb. Faktla bağlı cinayət işi açılıb. Cavid Hüseynov barədə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qərarı verilib.

Cavid Hüseynov jurnalistin döyülməsində birbaşa iştirak etməsə də, onun Elşən İsmayılov adlı futbolçu olan bibisi oğlu, Camal Məmmədov ad-soyadlı digər futbolçu Rasim Əliyevin döyülməsində ittiham olunurlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.