Ivanka Tramp Qış Olimpiadasının bağlanış mərasimində ABŞ nümayəndə heyətinə başçılıq edəcək

6-02-2018, 09:46           

Donald Trampın qızı və müşaviri İvanka Tramp Cənubi Koreyada keçiriləcək 2018-ci il Qış Olimpiya Oyunlarının bağlanış mərasimində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək



APA-nın məlumatına görə, bu barədə CNN Ağ Evdəki mənbəyə istinadən xəbər verib.



İ.Tramp həmçinin ABŞ idmançılarının iştirak etdiyi bir sıra yarışları izləyəcək.



Bundan əvvəl Ağ Ev yarışların açılış mərasimində ABŞ nümayəndə heyətinə vitse-prezident Mayk Pensin başçılıq edəcəyini bəyan edib.



Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.