Çempionlar Liqası tarixində- Görünməmiş hadisə

26-08-2015, 12:10           

Dünən Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri keçirilib. “Qafqazinfo” xəbər verir ki, bu oyunlardan sonra qrup mərhələsində oynayacaq 5 komandanın adına aydınlıq gəlib.


Həmin komandalardan biri də İspaniyanın “Valensiya” klubu olub. Bununla da İspaniya 5 komanda ilə Çempionlar Liqasında təmsil olunacaq. Bu, Avropa futbol tarixində görünməmiş hadisədir. Çünki heç zaman bir ölkənin 5 komandası qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində oynamayıb.

ÇL-in 23 illik tarixində ilk belə hadisədir. İspaniyanı isə qrup mərhələsində “Valensiya”dan başqa “Real”, “Barselona”, “Atletiko” və “Sevilya” təmsil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru