"Mançester Yunayted" İngiltərə Kubokunun yarımfinalına çıxıb

18-03-2018, 10:34           
"Mançester Yunayted" İngiltərə Kubokunun yarımfinalına çıxıb
Mançester Yunayted" futbol üzrə İngiltərə Kubokunun ¼ final matçında "Brayton end Houv Albion" komandası üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Mançester şəhərinin "Old Trafford" stadionunda keçirilən görüş 2:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Oyunda qolları forvard Romelu Lukaku və yarımmüdafiəçi Nemanya Matiç vurub.

"Mançester Yunayted" İngiltərə Kubokunun ikinci yarımfinalçısı olub. Ondan əvvəl "Tottenhem Hotspur" "Suonsi Siti"ni 3:0 hesabı ilə məğlub edərək 1/2 finala vəsiqə qazanıb.

İngiltərə Kuboku. 1/4 final

"Mançester Yunayted" – "Brayton end Houv Albion" - 2:0

Qollar:1:0 – Lukaku – 37, 2:0 – Matiç – 83












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru