"Sarı gəlin" sədaları altında çıxış edən türkiyəli gimnast medal qazandı

18-03-2018, 17:36           

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlər üzrə qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, Xorvatiya idmançısı Ana Derek 13.533 balla bütün rəqiblərindən yaxşı çıxış edib. İkinci yer Yunanıstan gimnastı İoanna Ksuloqiyə nəsib olub - 12.733.

Azərbaycanın xalq mahnısı "Sarı gəlin"in sədaları altında çıxış edən türkiyəli Demet Mutlu isə 12.566 balla bürünc medal qazanıb.

Azərbaycan gimnastı Yuliya İnşina eyni bal qazansa da yarışmanı 4-cü sırada başa vurub.

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında Dünya Kuboku turnirinə yekun vurulur.

Bakıda 3-cü ildir ki, təşkil olunan turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Xatırladaq ki, ötən gün Azərbaycan gimnastı Marina Nekrasova Dünya Kubokunun gümüş medalını qazanıb. Təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru