BUFFON İTALİYA MİLLİSİNƏ QAYITMASININ SƏBƏBİNİ AÇIQLAYIB

19-03-2018, 18:40           
BUFFON İTALİYA MİLLİSİNƏ QAYITMASININ SƏBƏBİNİ AÇIQLAYIB
“Yuventus” klubunun qapıçısı Canluici Buffon futbol üzrə İtaliya millisinə qayıtmasının səbəbini açıqlayıb.

“Report”un “calciomercato.com”a istinadən verdiyi məlumata görə, 40 yaşlı qolkiper yığma karyerasını bərpa etməsinin səbəblərindən birinin bir müddət əvvəl dünyasını dəyişən “Fiorentina”nın kapitanı Davide Astori ilə bağlı olduğunu söyləyib.

“Böyük məsuliyyət hissinə sahib insanam. Bu, milli komandada varlığımı izah etmək üçün kifayətdir. Hər zaman yığmada birləşdirici element olmuşam və rolumun eynilə qalmasını istəyirəm. Milliyə qayıtmağımın və dəvəti müsbət qarşılamağımın səbəblərindən biri də Davide Astorinin ölümüdür”, – C.Buffon bildirib.

Qeyd edək ki, İtaliya millisi martın 23-də Argentina və 4 gün sonra İngiltərə ilə yoldaşlıq oyunu keçirəcək. Canluici Buffon 2018-ci il dünya çempionatının pley-off mərhələsində İsveçə məğlubiyyətdən sonra yığma karyerasını başa vurduğunu açıqlayıb. Davide Astori isə martın 4-nə keçən gecə qaldığı oteldə keçinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru