İddiaçılar turniri: Səkkiz turdan sonra Karuana vahid liderdir - YENİLƏNİB

20-03-2018, 09:47           
İddiaçılar turniri: Səkkiz turdan sonra Karuana vahid liderdir - YENİLƏNİB
Almaniyanın paytaxtı Berlindəki İddiaçılar turnirində II dövrəyə start verilib.

"Report"un məlumatına görə, VIII tura təsadüf edən görüşdə Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olub.

Tərəflər 30-cu gedişdən sonra heç-heçəyə razılaşıblar. Məmmədyarov bu nəticədən sonra 5-ci xalını qazanıb. Turun daha 2 görüşündə heç-heçə qeydə alınıb. Aleksandr Qrişuk isə 7 saatlıq mübarizənin yekununda Vladimir Kramniki məğlub etməyi bacarıb.

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

Uesli So (ABŞ) - Fabiano Karuana (ABŞ) - 0,5:0,5

Aleksandr Qrişuk (Rusiya) - Vladimir Kramnik (Rusiya) - 1:0

Din Lijen (Çin) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5

Səkkiz turdan sonra Karuana - 5,5 xalla vahid liderdir. Məmmədyarov 5 xalla 2-ci, Qrişuk 4,5 xalla 3-cü, Din Lijen 4 xalla 4-cü yerdə qərarlaşıb. 5-6-cı pillələrdəki Karyakinlə Kramnikin hərəyə 3,5 xalı var. Son 2 pilləni isə hərəyə 3 xalı olan Aronyanla So bölüşür.

IX turda Məmmədyarov qara fiqurlarla Aronyana rəqib olacaq. Eyni zamanda Karuana - Din Lijen, So - Qrişuk və Karyakin - Kramnik qarşılaşmaları oynayılacaq.

***20:43

Bakı. 19 mart. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən İddiaçılar turnirində II dövrəyə start verilib.

"Report"un məlumatına görə, VIII tura təsadüf edən görüşdə Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olub.

Tərəflər 30-cu gedişdən sonra heç-heçəyə razılaşıb. Məmmədyarov bu nəticədən sonra 5-ci xalını qazanıb.

Turun digər qarşılaşmaları isə davam edir.

Uesli So (ABŞ) - Fabiano Karuana (ABŞ)

Aleksandr Qrişuk (Rusiya) - Vladimir Kramnik (Rusiya)

Din Lijen (Çin) - Levon Aronyan (Ermənistan)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.