“Bakıda tualet qızıldan hazırlanmışdı” – Tarik Elyunussi

21-03-2018, 22:46           

“Azərbaycanda bütün diqqət “Qarabağ”ın üzərində idi. Komanda Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi. Azərbaycan da gözəl ölkədir.”

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussi “TV 2” telekanalına müsahibəsində deyib.

O, Bakının gözəl şəhər olduğunu vurğulayıb: “Ora əyləncəli idi”.

30 yaşlı oyunçu bildirib ki, “Qarabağ”ın Çempionlar Liqasında çıxış etməsi Azərbaycan üçün böyük hadisə oldu: “Biz bu turnirdə ulduz futbolçuları gördük. Mənə köməklik edən sürücü var idi. Çünki Bakıda tıxac çox olur.

Elyunussi ondan Bakıda qaldığı mənzil haqda verilən sualı isə belə cavablandırıb: “Bakıda qaldığım mənzil yaxşı deyildi. Çox təəssüf ki, tualet qızıldan hazırlanmışdı(gülür). Mənim istifadə etdiyim elə idi.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru