Koke "Qarabağ"la bağlı rekordu yeniləyə bilmədi

7-04-2018, 09:01           

İspaniyanın "Atletiko Madrid" klubunun futbolçusu Koke klub tarixinin ən erkən qoluna imza atıb.

Report-un məlumatına görə, bu, Portuqaliya "Sportinq"i ilə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. İspaniyalı yarımmüdafiəçi görüşün 22 saniyəsində fərqlənib. Lakin 26 yaşlı futbolçu "Qarabağ"la bağlı rekordu yeniləyə bilməyib.

Avropa Liqasının ən erkən qolu 2016-2017-ci il mövsümündə qeydə alınıb. J qrupunda keçirilən "Qarabağ" - "Slovan" (2:2) matçında Çexiya təmsilçisinin futbolçusu Yan Sikora qarşılaşmanın 10-cu saniyəsində fərqlənib.

Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında "Atletiko" "Sportinq"i 2:0 hesabı ilə məğlub edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.