Kanadada hokkey komandasının avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb

8-04-2018, 10:38           
Kanadada hokkey komandasının avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb
Kanadanın Saskaçevan əyalətində "Humbolt Bronkos" hokkey komandasının avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Trend-in məlumatına görə, hazırda həlak olanların 7-sinin kimliyi müəyyən edilib: komandanın məşqçisi Darsi Hoqan, komandanın kapitanı 20 yaşlı Loqan Şats, radioşərhçi Tayler Biber və komandanın 16-20 yaş arası 4 üzvü.

Qeyd edək ki, ötən gün Kanadanın Saskaçevan əyalətində yük maşını "Humbolt Bronkos" hokkey komandasının avtobusuna çırpılıb. Avtobusda qəza zamanı 29 nəfər olub. Onlardan 14-ü hadisə yerində, biri xəstəxanada həlak olub.

Kanada sakinləri həlak olan və yaralanan idmançıların ailələrinə yardım üçün 2,5 milyon kanada dolları (2 milyon ABŞ dolları) toplayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.