“Kəpəz” xal itirdi, “Neftçi” və “Qarabağ” isə..

22-04-2018, 20:32           

Bu gün Topaz Premyer Liqasının XXIV turunda “Səbail” və “Kəpəz” komandaları üz-üzə gəlib.

Axar.az xəbər verir ki, turnir cədvəlinin aşağı pilləsində qərarlaşan iki klub arasında keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb. “Kəpəz”in heyətində 19-cu dəqiqədə Dario Federiko fərqlənib, “Səbail” bu qola cəmi 5 dəqiqə sonra Faruk Miya ilə cavab verib.

Günün digər matçlarında “Sumqayıt” “Qarabağ”ı, “Neftçi” isə “Qəbələ”ni qəbul edir. Hər iki oyunda ilk hissə oynanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru