Dünyanın ən çox qazanan futbolçusu və baş məşqçisi

23-04-2018, 23:23           

2017/18 mövsümündə dünyanın ən çox qazanan futbolçusu və məşqçisi müəyyənləşib.

Fanat.Az “France Football”a istinadən xəbər verir ki, ən çox qazanan futbolçu Argentina millisinin və “Barselona”nın ulduzu Lionel Messi olub. 30 yaşlı forvardın maaş, bonus və reklam gəlirləri ümumilikdə 126 milyon avro olub.

Onu Portuqaliya millisinin və “Real”ın ulduzu Kriştiano Ronaldo izləyir. Hücumçu bu mövsüm ümumilikdə 94 milyon avro qazanıb. İlk “üçlüy”ü Braziliya millisinin və PSJ-nin futbolçusu Neymar qapayır – 81.5 milyon avro.

Ən çox qazanan məşqçi isə Joze Mourinyodu. “Mançester Yunayted”in portuqaliyalı çalışdırıcısı 26 milyon avro qazanc əldə edib. Çin millisinin italyalı baş məşqçisi Marçello Lippi 23, “Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone 22 milyon avro gəlirlə onu izləyirlər. “Real”ın fransız çalışdırıcı Zinəddin Zidan isə 21 milyon avro qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru