Hollandiya millisinin futbolçusu Uesli Sneyder bu il yığmadakı karyerasını başa vuracaq.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi sentyabrın 6-da Peru ilə yoldaşlıq matçında yığmada son oyununu keçirəcək.
Qeyd edək ki, hazırda Qətərin "Əl-Qarafa" klubunda çıxış edən Sneyder 2003-cü ildən Hollandiya millisində oynayır.