Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib

25-04-2018, 08:17           

Çempionlar Liqasında (ÇL) yarımfinal həyəcanına start verilib. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk oyunu keçirilib.



Sürpriz şəkildə yarımfinala qədər irəliləyən “Liverpul”la “Roma” final yolunda ilk duelə çıxıb. Öncəki mərhələdə müvafiq olaraq turnirin favoritləri “Mançester Siti” və “Barselona”nı yarışdan kənarlaşdıran komandaların mübarizəsi bol qollu olub. Meydan sahibləri 5:2 hesablı qələbəyə seviniblər.



“Qırmızılar”ın qol “silahı” Məhəmməd Salah sabiq klubuna qarşı 2 qol, 2 məhsuldar ötürmə ilə çıxış edib. "Liverpul"dan Firimino da 2 dəfə fərqlənib. "Roma"nın qollarını isə Ceko və Perotti vurub.

Çempionlar Liqası

Yarımfinal (ilk oyun)



24 aprel

“Liverpul” (İngiltərə) – “Roma” (İtaliya) - 5:2

Qollar: Salah, 36, 45, Mane, 56, Firimino, 61, 69 - Ceko, 81, Perotti, 85 (pen.)

Baş hakim: Feliks Brix (Almaniya)

Liverpul, “Enfild Roud” stadionu



“Liverpul”: Karius, Aleksander-Arnold, Lovren, Van Diyk, Robertson, Oksleyd-Çemberleyn, Henderson, Milner, Salah, Firmino, Mane



“Roma”: Alisson, Fazio, Manolas, Jesus, Florenzi, De Rossi, Strootman, Kolarov, Naynqolan, Cengiz, Ceko












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru