“Real” bu futbolçusunu satışa çıxardı, 185 milyon qiymət qoydu
28-04-2018, 00:00
“Real” Qaret Beyli transferə çıxardır.
Fanat.Az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
İddialara görə, “Real” Beyli bu yay satmaq niyyətindədi. Hətta “Kral Klubu”nun uelsli ulduz üçün 90 milyon avro (təxminən 185 milyon manat) tələb etdiyi edə iddia olunur.
Bu arada Beylin “Tottenhem”dən sonra “Bavariya”nın da maraq dairəsinə düşdüyü bildirilir. Xəbərlə bağlı “Bild”ə danışan futbolçu “Futbolda heç bir şey üçün əsla deyə bilməzsiniz. “Bavariya” hər zaman Avropanın ən güclü komandalarından biri olub və adımın belə bir klubla yanaşı çəkilməsi xoş hissdir. Amma hazırda “Real”ın futbolçusuyam və burda çox xoşbəxtəm” deyib.
Qeyd edək ki, “Real” Beyli 2013-cü ildə “Tottenhem”dən 101 milyon avroya transfer etmişdi. Hazırda “Transfermarkt”ın 70 milyon avro qiymət qoyduğu 28 yaşlı forvard cari mövsümdə keçirdiyi 33 oyunda 14 qol vurub və 8 məhsuldar ötürmə edib.