Berni Ekklstoun: Azərbaycan elə ölkələrdəndir ki, orada Qran Prini heç vaxt buraxmıram

28-04-2018, 19:09           
Berni Ekklstoun: Azərbaycan elə ölkələrdəndir ki, orada Qran Prini heç vaxt buraxmıram
Azərbaycan elə ölkələrdəndir ki, orada Qran Prini heç vaxt buraxmıram.

Trend-in məlumatına görə, bunu Formula 1-in keçmiş rəhbəri Berni Ekklstoun deyib.

O bildirib ki, Azərbaycanda tribunalarda tamaşaçılar ildən-ilə artır:

“Bakı çox gözəl və qonaqpərvər şəhərdir. Buraya ayrı-ayrı ölkələrdən turistlər məmnuniyyətlə gəlir. Mən şəhərdə elə ingiliscə danışıq eşidirəm. Azərbaycan, Bəhreyn və Rusiyadakı Qran priləri mən heç vaxt buraxmıram”.

Qeyd edək ki, Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi davam edir.

Yarışın ikinci günündə Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü başlayıb. Sərbəst yürüşdə 10 komandadan 20 pilot iştirak edir.

"Mercedes" komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Ferstappen, "Force India"da Esteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Şarl Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.

Bu gün, həmçinin Formula 1 sinfində təsnifat mərhələsi keçiriləcək. Nəticədə sabahkı əsas yarışda pilotların sıra düzülüşü müəyyənləşəcək.

Aprelin 29-da Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.