Superliqada iki yeni komanda - Rəqabət güclənəcək

29-04-2018, 14:38           

Türkiyənin 1-ci liqasında mübarizə aparan “Çaykur Rizespor” və “Ankaragücü” komandaları Super Liqaya vəsiqəni təmin edib.

Publika.az xəbər verir ki, “Rizespor” komandası son matçda 1:0 hesablı qalibiyyət əldə edib və 66 xalla Super Liqaya vəsiqə qazanıb. Komanda 1 illik fasilədən sonra yenidən ölkənin ali liqasında mübarizə aparacaq.

İsmayıl Qartalın rəhbərliyi altında çıxış edən “Ankaragücü” isə “Manisaspor”a 3:0 hesabı ilə qalib gəlib. Bu nəticə komandanı 6 ildən sonra 62 xalla Super Liqaya çıxarıb.

Türkiyə Futbol Federasiyası “Rizespor” və “Ankaragücü”nün Liqa 1-in bitməsinə 1 həftə qalmış çempion və ikinci olmasını elan edib və komandalara uğur diləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru