"Barselona" 25-ci dəfə futbol üzrə İspaniya çempionu olub

30-04-2018, 07:40           
"Barselona" 25-ci dəfə futbol üzrə İspaniya çempionu olub
"Barselona" komandası 25-ci dəfə futbol üzrə İspaniya çempionu olub.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, "Barselona" səfərdə, 35-ci turun matçında "Deportivo" ilə görüşüb. Qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda vaxtından əvvəl çempionluğu təmin edib.

"Barselona"nın heyətində Filip Koutino (7-ci dəqiqədə) və Lionel Messi (38, 82 və 85-ci dəqiqələrdə) fərqləniblər. "Deportivo"nun heyətində isə Lukas Peres (40-cı dəqiqədə) və Emre Çolak (64-cü dəqiqədə) qonaqların qapısına yol tapa biliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru