"Vitessa"nın futbolçusu onu yıxan hakimə sarı vərəqə göstərib

30-04-2018, 07:50           
"Vitessa"nın futbolçusu onu yıxan hakimə sarı vərəqə göstərib
Niderlandın "Vitessa" futbol komandasının hücumçusu Navaron For ölkə çempionatının "Tvente" ilə matçında onu yıxan hakimə sarı vərəqə göstərib.

"Report" xəbər verir ki, bu barədə "RT" bildirib.

Məlumata görə, qəribə an qarşılaşmanın ikinci hissəsinin yarısında baş verib. Oyunun hakimi Yoahim Kamfeys təsadüfən Forla toqquşub. O isə öz növbəsində "Tvente"nin oyunçusu Adam Maherə ilişib.

İnsident tezliklə başa çatıb, amma ayağa qalxan For zarafatla hakimə sarı vərəqə göstərib.

Qarşılaşma "Vitessa"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru