İranda qadınlar kişi cildində stadiona daxil oldu – VİDEO

1-05-2018, 11:33           
İranda qadınlar kişi cildində stadiona daxil oldu – VİDEO
İranda bir neçə qadın futbol matçında tamaşaçı qismində iştirak etmək üçün kişi kimi geyinərək üzlərinə saxta bığ-saqqal yapışdırıb.

Oxu.Az xəbər verir ki, hadisə İranın futbol çempionatında “Persopolis”lə “Sepidrud Reş” klubu arasında keçirilən matçda qeydə alınıb.

Maraqlıdır ki, nə stadionun təhlükəsizlik əməkdaşları, nə də tribunada olan kişilər həmin azarkeşlərin əslində qadın olduqlarının fərqinə varmayıb.

Qeyd edək ki, matçda “Sepidrud Reş” komandası 3:0 hesabı ilə qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru