Bu gün Çempionlar Liqasında digər finalçı müəyyənləşəcək

2-05-2018, 08:48           
Bu gün Çempionlar Liqasında digər finalçı müəyyənləşəcək

Bakı. 2 may. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında digər finalçı müəyyənləşəcək.

“Report”un məlumatına görə, İspaniya təmsilçisi “Real Madrid”in rəqibi İtaliyada “Roma” ilə İngiltərənin “Liverpul” komandalarının duelində bəlli olacaq.

İlk matçda rəqibini 5:2 hesabı ilə məğlub edən mersisaydlılar cütün taleyini ilk görüşdə də həll edə bilərdilər. Lakin Yugren Kloppun rəhbərlik etdiyi kollektiv 69-cu dəqiqəyə qədər Muhamed Salahla Roberti Firminonun dublu, Sadio Manenin 1 qolu ilə öndə olsa da, son dəqiqələrdə 2 qol buraxaraq, rəqibi ümidləndirdi.

Yarışın 1/4 finalında səfərdə İspaniya “Barselona”sına 1:4 hesabı ilə uduzmağına rəğmən, cavab qarşılaşmasında 3 cavabsız qolla qalib gələn “canavarlar” eyni möcüzəni “Liverpul” ilə qarşılaşmada etmək istəyirlər.

“Roma”nın heyətində zədəlilər - Rik Karsdorp və Qrequar Defrel meydana çıxa bilməyəcək. Kevin Strootman ilə Dieqo Perottinin durumu sual altındadır. Adam Lallana, Emre Can, Aleks Oksleyd-Çemberlen və Joel Matip zədə üzündən “Liverpul”a kömək etməyəcəklər. Cordan Hendersonun oynayıb-oynamayacağı isə dəqiq bilinmir.

Qeyd edək ki, final matçı mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

2 may

22:45. “Roma” (İtaliya) – “Liverpul” (İngiltərə)

Baş hakim: Damir Skomina

İlk oyun – 2:5












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru