Neymarın “Real”a transferi mümkünsüzdü - Ronaldo

2-05-2018, 09:22           

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo PSJ-nin hücumçusu Neymarın kluba transferi iddialarına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Ronaldo İspaniya mətbuatına açıqlamasında braziliyalı futbolçunun “kral klubu”na keçməyəcəyini deyib:

“PSJ Neymarı böyük məbləğ ödəyərək transfer edib. Pula ehtiyacları olduqlarına inanmıram. “Real” çox yüksək bir təklif etsə də, fikirləri dəyişməyəcək. Hazırda Neymarın “Real”a transferi mümkünsüzdü. O, hələ çox gəncdi. Bəlkə, gələcəkdə bu keçid mümkün olar, lakin indi mümkün deyil”.

Xatırladaq ki, PSJ Neymarı ötən ilin yayında, “Barselona”dan 222 milyon avroya transfer edib. Hazırda zədəli olan futbolçu vətənində müalicə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru