“Liverpul” Məhəmməd Salahın yerinə futbolçu tapdı

3-05-2018, 01:32           

“Liverpul” “Real” və başqa klubların transfer etmək istədiyi Məhəmməd Salaha əvəzləyici tapıb.

Fanat.Az xəbər verir ki, İngiltərə klubu Yulian Brandtı transfer etməyə hazırlaşır.

Almaniyalı baş məşqçi Yurgen Klopp “Bayer”də oynayan 22 yaşlı həmyerlisini Salaha layiqli əvəzedici hesab edir.

Qeyd edək ki, Yulian Brandt 2014-cü ildə “Volfsburq”un U-19 komandasından “Bayer”ə 350 min avroya transfer olunub. Hazırda “Transfermarkt” ona 35 milyon avro qiymət qoyub. 22 yaşlı hücumçu cari mövsümdə meydana çıxdığı 37 rəsmi matçda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru