"Liverpul" klubu Çempionlar Liqasında yeni rekorda imza atıb

3-05-2018, 08:24           

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Roma” ilə qarşılaşan “Liverpul” rekorda imza atıb.



Apasport.az saytının məlumatına görə, matçın 26-cı dəqiqəsində mersisaydlıları 2:1 önə keçirən Jorjinyo Veynaldumun qolu bu mövsüm ÇL-də 46-cı olub. 14 oyunda bu nəticəyə çatan “qırmızılar” bütün komandaları qabaqlayıb.



Bu, nəinki qitənin ən nüfuzlu klub turnirində, eləcə də bütün Avrokubok oyunları üçün bir mövsümdə vurulan ən çox qol sayıdır.



Əvvəlki rekord isə “Barselona”ya məxsus olub. Kataloniyalılar 1999/2000 mövsümündə bir mövsümdə 16 matçda 45 dəfə fərqlənə bilmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru