“Real” bizdən qorxsun – “Liverpul”un futbolçusu

5-05-2018, 00:13           

“Klopp kimi məşqçi ilə çalışdığımız üçün hamımız qürur duymalıyıq. “Liverpul”u çalışdırdığı müddət ərzində təkcə oyunçuları yox, klubla əlaqədar başqa şeyləri də dəyişdirdi. Məsələn, təfəkkür və düşünmə tərzi. Hamı bunun fərqindədi”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Liverpul”un müdafiəçisi Deyan Lovrenə məxsusdu.

Xorvatiyalı müdafiəçi “Real”ın “Liverpul”dan çəkinməli olduğunu sözlərinə əlavə edib: “Finala çıxmaq inanılmaz nəticədi. Bu, hər oyunçunun xəyalıdı. “Liverpul” üçün oynamaq fəxrdi, indi isə finalda özümüzü sübut etməyə çalışmalıyıq. “Real” özünə inamı olan komandadı. Ancaq bu, bizi həyəcanlandırmır. Biz ancaq öz işimiz barədə düşünürük. Niyə “Real”dan qorxmalıyıq ki? Qoy, onlar bizdən qorxsun”.

Qeyd edək ki, “Real” və “Liverpul” arasındakı ÇL final matçı mayın 26-da keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru