Buxarestdə voleybol üzrə Çempionlar Liqasının “Dördlər finalı” start götürür

5-05-2018, 08:49           
Buxarestdə voleybol üzrə Çempionlar Liqasının “Dördlər finalı” start götürür
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə qadınlar arasında voleybol üzrə Çempionlar Liqası yarışlarının “Dördlər finalı”na start veriləcək. “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, paytaxtın “Polivalenta” idman sarayında təşkil olunacaq yarışın təqviminə əsasən, Bakı vaxtı ilə saat 17:00-da meydana ilk yarımfinal cütlüyü çıxacaq. İstanbulun “Vakıfbank” komandası İtaliyanın “Konelyano” kollektivini sınağa çəkəcək. Günün digər yarımfinal qarşılaşması isə meydan sahibləri “Alba Blaj” və İstanbulun digər təmsilçisi “Qalatasaray” kollektivləri arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Hər iki yarımfinal cütlüyünün qalibi “Dördlər finalı”nın sabah təşkil olunacaq final oyununa vəsiqə qazanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru