"El-klassiko": "Real" azlıqda qalan "Barselona"nı məğlub edə bilməyib FOTO

7-05-2018, 08:45           
"El-klassiko": "Real" azlıqda qalan "Barselona"nı məğlub edə bilməyib FOTO
Futbol üzrə İspaniya çempionatının 36-cı turunda "Barselona" öz meydanında "Real"ı qəbul edib.

“Report” xəbər verir ki, "Kamp Nou" stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

"Barselona" matçın gedişində iki dəfə hesabda önə çıxsa da, rəqib hər iki halda tarazlıq yarada bilib. Meydan sahiblərinin heyətində Luis Suares və Lionel Messi, madridlilərdə isə Kriştianu Ronaldu və Qaret Beyl fərqlənib. Kataloniya klubu birinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədən meydanda azlıqda qalıb. Serxi Roberto birbaşa qırmızı vərəqə alaraq qovulub.

"Barselona" (87 xal) turnir cədvəlinin birinci pilləsində qərarlaşıb, "Real" (72) üçüncü yerdədir.

İspaniya Primerası. 36-cı tur

"Barselona" – "Real Madrid" - 2:2

Qollar: 1:0 – Suares – 10, 1:1 – Ronaldu – 14, 2:1 – Messi – 52, 2:2 – Beyl – 72

Qırmızı: Roberto, 45+3 – yoxdur

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru