Türkiyəli futbolçu Gökdeniz Karadeniz "Rubin"in heyətində 300-cü oyununa çıxıb

8-05-2018, 07:25           
Türkiyəli futbolçu Gökdeniz Karadeniz "Rubin"in heyətində 300-cü oyununa çıxıb
Türkiyəli futbolçu Gökdeniz Karadeniz Rusiya "Rubin"inin heyətində 300-cü oyununa çıxıb.

"Report"un məlumatına görə, 38 yaşlı yarımmüdafiəçinin yubiley matçı Premyer Liqanın XXIX turunda "Ufa" ilə qarşılaşmaya təsadüf edib.

Qolsuz yekunlaşan görüş Karadeniz üçün "Rubin"in heyətində son ev mücadiləsi olub. O, mövsümün sonunda karyerasını başa vuracaq.

Görüşün ardından Gökdenizin həyat yoldaşı və övladları meydana çıxıblar. Klub təcrübəli oyunçuya xatirə hədiyyələri - 300 rəqəmli futbol köynəyi və onunla birgə çıxış etmiş 140 oyunçunun soyadından hazırlanmış portreti təqdim edib.

Oyundan əvvəl isə "Rubin" Karadenizin 61 nömrəli formasını əbədiləşdirib və onu "Kazan Arena"nın divarları üzərinə qaldırıb.

Qeyd edək ki, Gökdeniz Karadeniz Kazan klubunda 2008-ci ildən çıxış edir. Onunla eyni formanı geyinmiş futbolçular arasında "Neftçi"nin hazırkı kapitanı Ruslan Abışov da olub. Abışov 2013-cü ilin fevralından 2014-cü ilin iyununadək "Rubin"də yer alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.