Çempion erməni bayrağı altında çıxışdan imtina etdi

8-05-2018, 08:45           

Rusiyalı fiqurlu konki ustası Yevgeniya Medvedeva Ermənistan yığmasına keçməyi barədə xəbərləri təkzib edib.

Axar.az xəbər verir ki, bir neçə gün əvvəl Y.Medvedevanın məşqçisi Eteri Tutberidzedən ayrılaraq Kanadaya köçəcəyi və Ermənistan yığmasının tərkibində çıxış edəcəyi barədə məlumatlar yayılmışdı. Qeyd edək ki, Y.Medvedevanın atası ermənidir. Buna baxmayaraq, o, anasının soyadını götürüb.

İdmançı bu gün Ermənistan bayrağı altında çıxış etmək barədə söz-söhbətlərə aydınlıq gətirərək deyib ki, Rusiya Federasiyası yığmasının tərkibində qalacaq. O, yalnız məşqçisini dəyişərək, kanadalı Bayran Orserin rəhbərliyi ilə məşqlərini davam etdirəcək. Bunun üçün də müəyyən müddətə Kanadaya köçməli olacaq.

Y.Medvedeva fiqurlu konkisürmə üzrə ikiqat dünya və Avropa çempionu, Qran-Pri yarışlarının qalibidir. O, 2018-ci Qış Olimpiya Oyunlarında gümüş medala layiq görülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.