PSJ 12-ci dəfə Fransa Kubokunun qalibi olub

9-05-2018, 08:51           
PSJ 12-ci dəfə Fransa Kubokunun qalibi olub
PSJ futbol üzrə Fransa Kubokunun final matçında "Le-Erbye" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, "Stad de Frans" stadionunda keçirilən görüş 2:0 hesabı ilə Paris komandasının xeyrinə başa çatıb.

Birinci hissənin ortalarında yarımmüdafiəçi Covani Lo Çelso PSJ-ni hesabda irəli çıxarıb, 74-cü dəqiqədə isə Edinson Kavani penaltini dəqiq yerinə yetirib.

Bununla da, PSJ ardıcıl dördüncü dəfə və tarixində 12-ci dəfə Fransa Kubokunun qalibi olub. Səviyyəsinə görə Fransanın üçüncü divizionunda çıxış edən "Le-Erbye" indiyə qədər Kuboku qazana bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru